https://innews.media/uploads/news/2023-08/_innews_c641f0496dc602be08a6cd195_o.jpg
Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb. Həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iştirak edəcək.
Kazımova 17-20 avqust tarixlərində Latviyanın Riqa şəhərində keçiriləcək turnirin oyunlarına CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin