logo
ADPU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlığa başlayır

ADPU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlığa başlayır

ADPU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlığa başlayır ADPU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlığa başlayır

İyulun 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ardahan Universitetinin nümayəndəkəri ilə görüş keçirilib. Görüşdə Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru Doğan Saltaş, köməkçi Nurgül Moldayeva və ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.

Tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi haqqında müzakirələr aparıblar.

Görüşün yekununda ilkin mərhələdə iki universitet arasında anlaşma memorandumunun imzalanması və ERASMUS+ tələbə-müəllim mübadiləsi çərçivəsində layihənin birgə hazırlanmasına razılıq əldə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media