logo
Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Stolüstü tennisçilərimiz iyulun 14-də Polşanın Qliviçe şəhərində başlanacaq Avropa çempionatında mübarizə aparacaqlar. Seçmə komandamızın üzvləri məsul yarışa hazırlığı Çexiyada davam etdirəcək. İdmançılarımız bu məqsədlə sözügedən ölkənin Havirov şəhərinə yola düşüblər. İyulun 13-dək keçiriləcək təlim məşq toplanışında gənclərdən İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edəcək.

Komandamız Havirova seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə yollanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media