https://innews.media/uploads/news/2023-06/_innews_a47b39a7048688b1315c415f1_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin Aprel döyüşlərinin yeddinci ildönümünə həsr etdiyi “Yarımçıq qalmış” tamaşası “Landau School” Təhsil Kompleksində nümayiş olunub.
Müəllim-şagird kollektivi tərəfindən maraqla qarşılanan tamaşanın aktyor heyəti, səs rejissoru və rejissoru təşəkkürnamə ilə təltif edilib.
Xatırladaq ki, “Yarımçıq qalmış” tamaşası Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə Universitet tələbələrinin ifasında səhnələşdirilib. Tamaşa Yefim Abramov və Leyla Bəyimin Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Xəyalpərvər oğlanlar” əsəri əsasında səhnələşdirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin