https://innews.media/uploads/news/2023-06/_innews_4a9484011b50e2449d4a1aca9_o.jpg
Mediasiya Şurası ilə Paşa Pay arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediatorlar və mediasiya təşkilatları ödənişlər ilə bağlı artıq “MilliÖn” terminallarında fiziki formada və “MilliÖn.az” elektron portaldan istifadə edə bilirlər.
Bu barədə BAKU.NEWS-a Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.
Onun sözlərinə görə, mediatorlar üzvlük haqqı ödənişlərini, vətəndaşlar isə ilkin və tam mediasiya sessiyası ilə bağlı mediasiya xərclərini “MilliÖn” terminalları, elektron formada isə “MilliÖn.az” elektron portalı üzərindən həyata keçirə bilərlər.
Artıq vətəndaşlar daha 12 mediasiya təşkilatı üzrə ödənişləri “MilliÖn” terminalları və portalı vasitəsilə edə biləcəklər.
Ən son xəbərləri səhifəmizdən də izləyin