logo
260 saylı tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib

260 saylı tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib

260 saylı tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib 260 saylı tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib

İyunun 14-də Xətai rayonu İlqar Cəfərov adına 260 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Tədbirdə Xətai Rayon İcra hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Kəmalə Quliyeva açıb. O, məzunları təbrik edib, onlara həyat yollarında uğurlar arzulayıb. Öz növbəsində direktor müavinləri Tahir Səmədov, Sevil Əbdülrəhmanova da şagirdləri təbrik ediblər. Sonra qonaqlara çıxış üçün söz verilib.

Tədbirin bədii hissəsi məzunların rəqs nömrələrinin təqdimi ilə başlayıb. Hazırladıqları videoçarx nümayiş etdirilib. Vətənpərvəlik mövzusunda şeirlər, mahnılar səsləndirilib.

Sonda birincilər məzunları təbrik ediblər. Tədris ilində müxtəlif sahələrdə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunublar və xatirə şəkilləri çəkilib.

Şəms Hüseynli

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media