logo
Şəhid Cəmil Həşimliyə həsr olunmuş "Vətən sağ olsun" filmi təqdim olundu

Şəhid Cəmil Həşimliyə həsr olunmuş "Vətən sağ olsun" filmi təqdim olundu

Şəhid Cəmil Həşimliyə həsr olunmuş "Vətən sağ olsun" filmi təqdim olundu Şəhid Cəmil Həşimliyə həsr olunmuş "Vətən sağ olsun" filmi təqdim olundu

7 iyun. 2023-cü il tarixində "Vətən müharibəsi"nin qəhrəmanlarından biri, şəhid Cəmil Həşimliyə Günel Əliqızının ithaf etdiyi  "Vətən sağ olsun" filminin Qara Qarayev adına musiqi məktəbində təqdim olunub.

innews.media xəbər verir ki, tədbirdə şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Şəhimizin anası Simuzər Bağıyeva çıxış edərək övladının uşaqlığından, döyüş yolundan söz açıb, gənclərə vətəni sevməyi tövsiyyə edib.

Şairlərdən Aysel Fikrət, Şamil Ənvəroğlu, qazi Hikmət Məmmədov, iş adamı Ramazan Karaşahin, B.Şeydayev, Namiq Ağayev, şəhid anaları şəhid Cəmil Həşimlinin ailəsinə səbr, filmin yaradıcı heyətinə isə uğurlar diləyiblər.

"Şəhidlər vurulanda yox, unudulanda ölür", deyə vurğulayan Günel Əliqızı şəhidlərin əziz xatirəsini bundan sonra da əbədiləşdirəcəklərini bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media