https://innews.media/uploads/news/2023-06/_innews_af190f283518dc03985c3fc9b_o.jpg
“Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşəbbüsü ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş seminar təşkil olunub. Seminarın məqsədi 6-10 yaşlı uşaqlar arasında “Uşaq hüquqları” haqqında məlumatlılığın artırılmasından ibarət olub. Seminar uşaqların maraqları əsasında praktiki oyun və tapşırıqlar ilə interaktiv təlim metodlarına uyğun hazırlanıb.
Qeyri-formal təhsil yanaşmalarına əsaslanan seminarı Avropa Şurası Gənclər Departamentinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə icra etdiyi “Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün uzunmüddətli Təlim (TRAYAZE)”də təmsil olunan təlimçilər-Mir Hüseyn Həbibli, Mələk Sultanlı və Fərhad Abdulov keçiblər. Seminarın sonunda iştirakçılar sertifikatla təltif olunub, xatirə şəkli çəkdirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin