https://innews.media/uploads/news/2023-06/_innews_bd9d82550b90f71e3e72d3426_o.jpg
"YAŞAT" Fondunun təşkilatçılığı ilə növbəti dəfə "Hədiyyə Karvanı" layihəsinə start verilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılacaq.
Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dək uşağı əhatə edəcək.
Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.
Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!
Layihənin logistika dəstəkçisi: Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics”
Ən son xəbərləri səhifəmizdən də izləyin