logo
ADPU-nun pedaqoq-alimlərinin əsəri Almaniyada nəşr olunub

ADPU-nun pedaqoq-alimlərinin əsəri Almaniyada nəşr olunub

ADPU-nun pedaqoq-alimlərinin əsəri Almaniyada nəşr olunub ADPU-nun pedaqoq-alimlərinin əsəri Almaniyada nəşr olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının müdiri professor İramin İsayev və kafedranın dosenti Müslüm Nəzərovun “A.O.Çernyayevskinin pedaqoji irsinin tədqiqi tarixindən” adlı kitabı Almaniyada ingilis dilində nəşr olunub.

Bu kitabda Azərbaycan məktəbi və pedaqoji fikrinin inkişafında, müəllim və pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş görkəmli maarif xadimi A.O.Çernyayevskinin pedaqoji fəaliyyəti və pedaqoji görüşlərindən, eyni zamanda, onun XIX əsrin ikinci yarısında Azərbaycan və Rusiya pedaqoji əlaqələrinin qurulmasında rolundan bəhs olunur.  Kitabda, əsasən, akademik H.Əhmədovun tədqiqatlarına istinad olunmuşdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media