logo
"Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda" adlı monoqrafiya işıq üzü görüb

"Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda" adlı monoqrafiya işıq üzü görüb

"Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda" adlı monoqrafiya işıq üzü görüb "Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda" adlı monoqrafiya işıq üzü görüb

Bakı Dövlət Universitetin (BDU) Jurnalistika fakültəsinin müəllimi filologiya elmləri doktoru Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada ilk dəfə olaraq Hüseyn Cavidin bədii-publisistik məqalələri, resenziyaları, elmi-nəzəri fikirləri geniş və obyektiv şəkildə tədqiqata cəlb edilib.

Müəllif əsərində ədibin dövrü-mətbuatda fəaliyyətini və mətbuatın ədibin yaradıcılığına münasibətini geniş şəkildə təhlil edib.

Monoqrafiyanın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Şamil Vəliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Abid Tahirli, rəyçilər AMEA-nın həqiqi üzvü Teymur Kərimli və filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Xatırladaq ki, monoqrafiyanın ön söz müəllifi akademik İsa Həbibbəylidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media