https://innews.media/uploads/news/2023-05/_innews_5d578479e14e502bfc65cc499_o.jpg
ADMİU nəzdində Humanitar Kollecin "Turizm" ixtisası tələbələrinin bilik və praktiki bacarıqlarını yoxlamaq məqsədilə 19 may 2023-cü il tarixində "Heydər Əliyev ili" çərçivəsində, “KVEST” (Team bilding) konsepsiyası əsasında Tur08, TBT-021, TB-021, TBT-022, TBR-021, TBR 022 qrup tələblərindən ibarət olan komandalar arasında yarışma keçirilib.
Tədbirdə 3 komanda iştirak edib:
I-“Xəzər"
II-“İçərişəhər” (rus bölməsi)
III-“Qədim şəhər”
Yarışmanın ekspertləri ADMİU nəzdində Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova, direktor müavini Kamran Məsimov, Azərbaycan Həmkarlar Konfederasiyası nəzdində Bakı Turizm Agentliyinin müdiri - Əlixan Mürvətov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Turizm kafedrasının müdiri - Səyavuş Məhişov, "BAYFLİGHT" Tur firmasının icraçı direktoru Tahir Kərimov, eləcə də kollecin "Kulturologiya" şöbəsinin müdiri Göyçək Mustafayeva və müəllimləri Könül Əliyeva, Yasir Hacıyev, Elmira Məmmədova olmub.
Tədbirin açılışında yarışmanın təşkilatçısı Turizm fənnini tədris edən Pedaqoqika üzrə Fəlsəfə Doktoru Gülşən Abbasova çıxış edib, Azərbaycan Respublikasının Turizm haqqında Dövlət Proqramında Turizm Sənayesi üçün ən vacib istiqamətlərdən biri olan peşəkar kadrların hazırlanması haqqında qısa məruzə etdi.
Yarışma 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilib. Komandalar üçün üzərində 12 tarixi obyekt yerləşən 3 marşrut tərtib olunub. Hər komandanı 3 nəfərdən ibarət olan Təlimçi-Ekspertlər müşaiət edib. Təlimçilərə İçərişəhərin xəritəsi, marşrut üzərində olan obyektlərin siyahısı, iştirakçılara veriləcək suallar və qiymətləndirmə vərəqi təqdim olunub. Ekspertlərin vəzifələri tələbələrin verdiyi məlumatı dinləmək, turun aparılma texnikası və təhlükəsizlik qaydalarına riayət edilməsinə diqqət yetirmək, verilən məlumatlarla əlaqəli suallara cavab almaq və onu qiymətləndirmək olub. Bundan başqa iştirakçıların yaradıcılıq qabiliyyətlərini yoxlamaq məqsədilə bəzi nöqtələrdə xüsusi tapşırıqlar verilib. Buna nümunə olaraq, Xovsuz xalçanın rəsminin çəkilməsi tapşırığında xüsusi dəvət olunmuş rəssam-animatorlar tərəfindən qiymətləndirilib. Növbəti tapşırıq, Bakıda Sovet dönəmində çəkilmiş filmlər haqqında məlumat verməklə “Briliyant əl” filminin çəkiliş yerində “Чёрт побери” səhnəsinin canlandırılması olub. Son olaraq, marşrutun 12-ci nöqtəsində verilmiş 2 tapşırıqdan biri milli rəqslərin ifası, onların tarixi ilə bağlı suallara cavab və qiymətləndirilməsi olub. Hamını heyrətləndirən və maraq doğuran sonuncu tapşırıq çay ənənəmizlə bağlı idi. İştirakçılar çay haqqında maraqlı məlumatlar vermiş, təlimçilərin suallarını cavablandırmış və tapşırığın sonunda hər qrup tərəfindən çayın düzgün texnologiyaya riayət edərək, müxtəlif növ çayların dəmlənməsini nümayiş etdirilib. İştirakçılar qoyulmuş bütün vəzifə və tapşırıqların öhdəsindən məharətlə gəlmiş və yarış tələbələrimizin yüksək əhval-ruhiyyəsi ilə başa çatdı.
Ekspertlərin səs verməsi nəticəsində "Xəzər"komandası 1-ci , "İçərişəhər" komandası 2-ci, "Qədim şəhər" komandası 3-cü yerlərə layiq görüldü.
Ən son xəbərləri səhifəmizdən də izləyin