logo
Bakıda praktiki aykido seminarı keçirilib

Bakıda praktiki aykido seminarı keçirilib

Bakıda praktiki aykido seminarı keçirilib Bakıda praktiki aykido seminarı keçirilib

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş praktiki aykido seminarı keçirilib.

17-19 may tarixlərində Bakıda Beynəlxalq Aykido Federasiyasının (BAF) prezidenti Vilko Vrismanın başçılıq etdiyi praktiki aykido seminarı keçirilib.

Bu tədbir çərçivəsində seminarda 100-dən çox aykidoçu iştirak edib

. İştirakçılar arasında təkcə Bakıdan olan aykidoçular deyil, həm Azərbaycan Aykikay Aykido Federasiyasının müxtəlif filiallında məşq edən aykodoçular iştirak ediblər.

Seminarda həmçinin 9-14 yaş arasında uşaqlar da iştirak ediblər. Bu gün təlimatçıların qarşısında duran ən vacib məsələ gənc tələbələrin aykido texnikasını düzgün mənimsəməsidir. Uşaqların aykido texnikası və fəndlərini səlis yerinə yetirməsi çox vacibdir.

«Müşahidələr onu göstərir ki, aykido praktikası ilə məşğul olan uşaqların təhsildəki nailiyyətləri yaxşılaşır, onlar liderlik keyfiyyətlərinə sahib olurlar və yaşıdları arasında daha inamlı davranırlar”,- Azərbaycan Aykikay Aykido Federasiyasının sədri İlham Quliyev qeyd edib

.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media