https://innews.media/uploads/news/2023-05/_innews_53a07052ad770cec06c842bed_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi - Lütfi Zadə" adlı seminar təşkil olunub.
Seminarda fakültənin dekan müavini Şamo Cəbrayılov, kafedra müdiri Fərhad Mirzəyev, müəllim Reyhan Yusifqızı, fakültənin könüllüləri və tələbələri iştirak ediblər.
Çıxış edən Reyhan Yusifqızı "Qeyri-səlis məntiq nəzəriyyəsi nədir?", "Lütfi Zadə dünyaya nəyi bəxş etmişdir?" kimi mövzularda çıxış edib, tələbələrin suallarını cavablandırıb.