logo
Azərbaycan Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək

Azərbaycan Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək

Azərbaycan Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək Azərbaycan Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək

15 may 2023-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası 292 nömrəli tam orta məktəbdə konsert proqramı ilə çıxış edəcək.

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən məktəbdə keçiriləcək tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçiriləcəkdir.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru, Vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblının solistləri maraqlı musiqi nömrələri ilə çıxış edəcək.

Konsertə giriş sərbəstdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media