https://innews.media/uploads/news/2023-05/_innews_fdbbd1bf7ba89bb4f346a556b_o.jpg
Perunun aparıcı “La Razon”, “Prensa21” və “Guik” xəbər portallarında, “Peru Jurnalistlər Federasiyası”nın rəhbəri tərəfindən həmin qurumun internet səhifəsində, eləcə də ölkənin ən qədim və geniş oxuyucu kütləsinə malik “El Peruano” qəzetində Azərbaycan Respublikasıının Meksikadakı səfiri Məmməd Talıbov tərəfindən qələmə alınmış məqalələrdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin dövlətçilik tarixində dərin iz buraxmış ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin Azərbaycan xalqı tərəfindən sevgi və ehtiram hissi ilə qeyd olunduğu bildirilib.
Məqalələrdə ümummilli liderin keçdiyi şərəfli həyat yoluna qısa nəzər salınıb, Azərbaycan tarixinin ən çətin və keşməkeşli dövründə ümummilli liderin xalqı qarşısında xilaskarlıq missiyasını yerinə yetirdiyi, ölkəsini böhran və tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna qədəm qoyduğu vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləmiş və regionun aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilmişdir. Zəngin neft-qaz resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılması, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, ən iri nəqliyyat layihələrinin tərkib hissəsinə çevrilməsi nəticəsində bu gün Azərbaycan yerləşdiyi bölgənin ən sürətli, dinamik inkişaf edən ölkələrindən hesab olunur.
Məqalələrdə Heydər Əliyevin uzaqgürən siyasətinin, hadisələrə baxışının və zəngin ideyalarının bu gün üçün də aktuallığını qoruyub saxladığı, nəticədə Azərbaycanın böyük coğrafiyaları birləşdirən nəqliyyat-energetika şəbəkələrində əsas hab rolununun daha da artdığı xüsusi vurğulanıb.
Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında, beynəlxalq münasibətlər sistemində mövqeyinin getdikcə güclənməsində Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici və daxili siyasət kursunun həlledici rol oynadığı diqqətə çatdırılıb.
Yazılarda Heydər Əliyevin bütün ömrünü xalqına və vətəninə həsr etdiyi və Azərbaycan xalqının dahi şəxsiyyətin əziz xatirəsini qəlbində əbədi yaşatdığı qeyd olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin