https://innews.media/uploads/news/2023-05/_innews_69fcddd1c8ba7644e9a3df917_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ekstremal vəziyyətdə davranış qaydalarını öyrənirlər. Azərbaycan Airsoft İdman Klubunun poliqonunda fakültənin III kurs tələbələrinə "Ekstremal vəziyyətdə jurnalistlərin davranışı" adlı praktik dərs keçirilib.
Fənn müəllimi Vüqar İbadovun rəhbərliyi ilə onlara döyüş şəraitində təhlükəsiz foto-video çəkilişlərinin aparılması və materialın yerində redaksiyaya ötürülməsi prosesi izah edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin