https://innews.media/uploads/news/2023-05/_innews_f5f02ecd0d7dd3b52accce8f3_o.jpg
Mayın 5-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil olunub. Məktəbin həyətində açıq havada keçirilən tədbirdə kənd icra nümayəndəliyinin aparat üzvləri, kənddə fəaliyyət göstərən dövlət müəssisələrinin əməkdaşları, valideynlər, o cümlədən şəhid ailələri, qazilər iştirak edib. Öncə Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev, Düz Qırıqlı kənd Körpələr evi – uşaq baxçasının müdiri Afət Cəfərova Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolu, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyətin ölkənin inkişafında göstərdiyi müstəsna xidmətlərinin, parlaq və şərəfli həyat yolunun və dövlətçilik fəaliyyətinin daha yaxından öyrənilməsinin vacibliyindən danışıblar.
Rəsmi hissənin ardından tədbir musiqi məktəbinin müəllim və şagird kollektivin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib. Tədbirdə həmçinin, bir neçə müəllim və şagird Fəxri Fərmanla təltif edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin