logo
İKİ AİLƏNİN DRAMI - "KEÇMİŞDƏN-GƏLƏCƏYƏ DOĞRU"

İKİ AİLƏNİN DRAMI - "KEÇMİŞDƏN-GƏLƏCƏYƏ DOĞRU"

İKİ AİLƏNİN DRAMI - "KEÇMİŞDƏN-GƏLƏCƏYƏ DOĞRU" İKİ AİLƏNİN DRAMI - "KEÇMİŞDƏN-GƏLƏCƏYƏ DOĞRU"

Hacı : Gənc universteti tələbəsi (20 yaş)

Güləsər: Hacının anası, müəllimə (55 yaş)

Həsən: Hacının atası, universitet müəllimi (57 yaş)

Sənan: Hacının qrup yoldaşı, yaxın dostu (19 yaş)

Afət: Sənanın anası (50 yaş)

Rüstəm: Sənanın atası (60 yaş)

Sevinc, Ayşə: zərif xoş simalı qızlar.
Hacı, Sənanın qrup yoldaşı, eyni zamanda yaxın dostlar (23, 24 yaş)

1-ci pərdə
Pərdələr qalxır, səhnə yavaş-yavaş işıqlanır. Universitetin həyəti görsənir. Bütün tələbələrin dərsdən çıxan zamanı idi. Günəşin isti şualarından qaçan tələbələr şam ağaclarının kölgələri ilə çıxışa doğru irəliləyirlər. Öndə Hacı əllərində kitab Universitetin darvazasına çatmışdı ki, kimsə onu səslədi, ayaq saxlayıb arxaya çevrildi.

Sənan: Hacı! Hacı! Hacı!

Hacı: Nə olub belə? (asta səslə)

Sənan (təngnəfəs halda): Bir dayanmırsan ki, oh, gözlə nəfəsimi alım.

Hacı: Sənan, bu gün son gündü, qrup işini edək artıq.

Sənan: Hə, mən də onu deyəcəkdim. Bilirsən də özün axrıncı dəfə müəllim nə demişdi…

Hacı: Yaxşı gedək. Aysə, Sevincə də deyək saat 5-də Universitetin həyətində toplaşaq. Elə bu vaxt Ayşə, Sevinc də gəldilər.

Günel: Belə, gənclər dəqiqləşdirdinizmi?

Sevinc: Çox gec olmadan bitirməliyik.

Sənan: Kim unudar ki?

Hacı: Sabah saat 5-də Universitetin həyətində toplaşacayıq. Evdən lazımı əşyalarımızı gedib götürək.

Sənan: Hacı, unutma son qeydlər sənin notbukunda idi. Kopyalayıb gətirərsən.

Hacı: Yaxşı

Sevinc: Arxiv kitablarını da mən gətirəcəm.

Hacı: Vaxt itirmədən gedək

Sənan: Görüşərik

Hacı: Gecikməyin haaa. Sağ olun.

Hərkəs sağollaşıb Universitetin həyətindən çıxdı.

2-ci pərdə

Salonun ortasında stul, dörd tərəfdə qapılar, qapının birisi Sənanın otağına doğru açılırdı. Günəşin şüaları pəncərədən içəri düşərək alaqaranlıq otağı işıqlandırırdı. Sənan otağında çıxaraq.

Sənan: Ana! Tez Universitetə getməliyəm: bu gün lahiyənin sonuncu günüdür, uşaqlarla birlikdə yekunlaşdırmalıyıq. Yeməyə nə var?

Afət: Get hazırlaş, indi gətirirəm.

Sənan: Uşaqlarla birlikdə yeyəcəm.

Tələsik digər otağa əşyaları götürməyə getdi. Bu vaxt Sənanın telefonuna zəng gəlir

Afət: Oğul! Ay oğul! Zəng gəlir. Görən kimidir, Allah bu vaxt zəng edən. Telefonu açaraq qulağına tutur.

Afət: Alo, kimdi?

Sevinc: Salam xala, bağışlayın, narahat etdim. Sənanı olar bir dəqiqə?

Bu vaxt Sənan otaqdan əlində əşyalar çıxaraq salona daxil olur

Afət: Qız zəng edib gör nə deyir

Sənan: Buyur, Sevinc

Sevinc: Sənan arxiv qeydləri…

Sənan: Narahat olma, baxıram… Yaxşı, gözlə 15 dəqiqəyə gəlirəm.

Telefonu söndürərək stolun üzərinə qoyub pəncərənin kənarındakı rəfləri qarışdırdı.

Afət ( məzəli tərzdə): Ay səni daha qızlar zəng edir. Kimdi o qız yaxşı ailədəndi? Nə vaxtdan danışırsız?

Sənan (bir az acıqlı): Ana o mənim qrup yoldaşımdır. Qəti o fikirə getmə.

Afət: Bəs niyə qızı qarşılayırsan? Bəsdi gözümdən qaçmaz, mənəm səni doğan.

Bu vaxt Rüstəm bəy salona daxil olur. Söhbətə müdaxilə edərək.

Rüstəm: məndə sənin vaxtında belə idim. Cavansan istədiyin qızlarla danış, görüş.

Afət: Bəsdir, ay kişi.

Sənan: Axı niyə belə düşünürsüz? Hər zaman belə mövzuları niyə açırsınız?

Afət: Nə var burda, pis bir şey dedik?

Sənan: Bu mövzuda əvvəlki kimi sizlə müzakirə aparmağa vaxtım yoxdu.

Afət: Bax belə ancaq yad qızlarla xoş rəftar et. Biz kimik ki, onsuz?

Rüstəm: Hə, elədi böyüyüb yeke kişi olub.

Sənan: Belə etməyin, ey gözümün nurları. Mən sizin övladınızam.

Əşyaları götürüb ayaqqabılarını geyinərək qanıqara halda evdən çıxdı.

3-cü pərdə
Pərdələr yavaşca qalxır. Hacınln evi və onun qarşısında maşın görsənir. Hacı otağındakı əşyaları qapını açaraq pilləkənlərdən enib maşına yerləşdirir. Bu vaxt yan otaqda Güləsər yemek hazırlayır.

Güləsər: Hacı! Gözlə, yemek hazırlayıram, dərs eden zaman uşaqlarla yeyərsiniz.

Hacı: Anacan əziyyət çəkmə, yolüstü alaram.

Həsən: Oğul, səbirli ol. Anana qulaq as.

Hacı: Baş üstə, atacan.

Bu vaxt Həsən bəyə zəng gəlir.

Həsən: Bəli

Aysə: Salam, bağışlayın narahat etdim. Hacının qrup yoldaşı Ayşədir.

Həsən: Buyur, qızım.

Ayşə: Hacıya zəng çatmır.

Hacı (telefonu götürərək): Salam.

Ayşə: Salam, telefonun sönülüdür.

Hacı: Üzrlü say.

Ayşə: Hacı, siz tərəfdəyəm. Marşrut işləmir, yolüstü məni də götürə bilərsən zəhmət olmasa?

Hacı: Əlbəttə. Gözlə gəlirəm indi.

Telefonu qapadaraq tələsik digər əşyaları yığışdırdı.

Həsən: Nolub oğul?

Hacı: Ayşə yolda qalıb

Güləsər: Tez ol oğul, gözlətmə qızı.

Hacı: Biz tərəfdədi.

Həsən: Evə dəvət etsəydin. Ayıb deyil yolda gözlədirsən

Hacı: İndi tələsirik başqa vaxt dəvət edərəm.

Güləsər: Mütləq.
Həsən: Nə vaxt istəsən oğul qapımız hər zaman dostlarına açıqdı.

Hacı: Baş üstə.

Güləsər: Buyur oğul, dərs eden zaman acanda yeyərsiz.

Hacı: Çox sağ ol, anacan

Güləsər, Həsən: Uğurlar sizə, oğul.

Hacı evdəkilərələ sağollaşıb maşına oturaraq tələsik Universitetə doğru getdi.

4- cü pərdə
Uzaqdan yol görünür. Yolun kənarında ağaclar yan tərəfdə masalı oturacaq. Ayşə kənarda ağacların yanındakı masalı oturacaqda əyləşərək not dəftərini açıb planşetdəki qeydlərə müqayisəli şəkildə baxırdı. Elə bu vaxt Hacı maşın ilə uzaqdan gelirdi. Maşın dayandı. Ayşə maşına oturur və bir-biri ilə görüşərək hal-əhval tutdular.

Hacı: Ayşə, bağışla gözlətdim.

Ayşə: Yox, narahat olma.

Hacı: Vaxt azdı yoxsa…

Ayşə: Narahat olma, əsas bu lahiyəni bitirək.

Hacı: Evdekiler sənin gəlməyini istədilər…

Ayşə (gülümsünərək): Bu vaxtı qonaq? Çox sağ olsunlar!

Hacı (gülərək ): Bir az danladılar. Evı devet etmediyimə görə bilirsən də vaxt…

Ayşə: Bilirəm. Bir gün gederik inşallah.

Hacı: Nə vaxt istəsən buyur.

Biraz sakitlik olur.

Ayşə: Hacı, Anan, atan cənnət kimi adamdılar.

Hacı: Elədir. sağ olsunlar.

Ayşə: Heç nəyə pis gözlə baxmırlar, bu dövrdə bilirsən də evdəkilər…

Hacı: Çox təəssüf ki, amma onları da qınaya bilmərik.

Ayşə: Əlbəttə, amma baxış tərzlərini bir az dəyişsələr… Pis baxmasalar…

Hacı: Hətta pis nəsə olsa belə yaxşı tərəfdən baxmağı öyrədirlər mənə.

Ayşə: Sən çox şanslısan.

Hacı: Həm də çox… Onlar mənim nurlu gözlərimdi.

Ayşə: Tez çataq işimiz hədsiz çoxdu. Fotolar Sənanda idi?

Hacı: Bəli. Məndə başqa məlumatlar da var.

Ayşə: Çox yaxşı, hamımız birlikdə yığarıq.

5-ci pərdə
Qarşıda universitetin darvazası görünür. Sənan ilə Sevinc darvazanın yanında qarşılaşırlar. Bir-birilə danışaraq Universitetin həyətinin içərisi ilə arxa tərəfə doğru irələyirlər.

Sənan: Görəsən, çatırlarmı?

Sevinc: Ayşə ilə danışdım, yoldadırlar.

Sənan: Lap yaxşı biz yavaş-yavaş başlayaq.

Sənanın bir az kefi yox idi. Bu, Sevincin gözündən qaçmamışdı. Arxa tərəfdə çantalarını masa üzərinə qoyaraq əyləşdilər. Əşyaları çıxardıqdan sonra Sevinc Sənana baxaraq.

Sevinc: Sənan nəsə olub?

Sənan: Yox hər şey yaxşıdı.

Sevinc: Axı niyə yalan deyirsen, məgər, mən sənin dostun deyiləm?

Sənan: Əlbəttə, sən dəHacı da, Sevinc də ən yaxın dostlarımsız.

Sevinc: Evdekiler nəsə dedi?

Sənan: Yox, yox.

Sevinc: Sənan, bilirsən də vacib idi.

Sənan: Bilirəm. Belə düşünmə, həmdə ki…

Sevinc: Dərsdən sonra sizə gedib danışarıq.

Sənan: Əlbəttə, gedərik, amma bu barədə danışmayaq.

Sevinc: Səhv anlama bir söz deyecem.

Sənan: yox əlbəttə, buyur.

Sevinc: Sənin ailən niyə elə düşünür axı? Səni çox sıxırlar, bəlli etməməyə çalışırsan, amma dərslərə üzgün halda gəlirsən. Məsələn, qız zəng edəndə, qız mövzusu olanda fərqli baxırlar.

Sənan: Bilmirəm

Sevinc: Yox, məncə bilirsən.

Sənan: Onların dövründə hər şey fərqli idi. Ya zamana uyğunlaşa bilmirlər, ya da ki, özləri qəbul etmirlər.

Sevinc: Amma inan ki, burada pis heç nə yoxdu, bəlkə özləri görsələr anlarlar.

Sənan: Hazırda zənn etmirəm, amma bəlkə bir gün

Sevinc: Harda qaldılar bunlar?

Elə bu vaxt əllərində çantalarla Universitetin həyətində göründülər. Hacı, Ayşə onların əyləşdiyi masaya tərəf gəlirdilər. Bir-biriləri ilə görüşürlər

Hacı: Günümüz uğurlu keçsin.

Sənan, Sevinc, Aysə: Başladıq.

Xeyli vaxt işlədilər saat 7 olurdu ara verib yaşıl çəməndə süfrə açıb, deyib gülə-gülə yemek yemeye başladılar. Kefləri kök idi, artıq layihələrini sonladırırdılar. Bir iki çəkiliş qalmışdı. Onu da yeməkdən sonra Ayşə edəcəkdi.

Beləliklə Sevinc, Hacı süfrəni yığışdırdı. Ayşə çəkilişi bitirdi. Sənan da bir tərəfdən onu müşahidə edərək qeydləri tamamlayırdı. Artıq hər şey tamamlanmışdır. Son olaraq gənclər yığışıb lahiyənin adının nə olacağı barədə götür-qoy etdilər və nəhayət belə bir qərar gəldilər: ” Keçmişdən-Gələcəyə doğru”. Dərs başlamağın 15 dəqiqə qalmışdı. Hərkəs yığışıb bir-birlərini tərifləyərək auditoriyaya daxil oldular. Dərsin gedişində bütün yazıları, görüntüləri 4-ü də əla təqdim etdilər. “Keçmişdən-Gələcəyə doğru” olan layihədə birinci yer tutdular. Bütün auditoriya ayaqüstə onları alqışladı.

SÜDABƏ MƏMMƏDOVA - BDU TƏLƏBƏSİ

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media