logo
KÖHNƏLMƏZ TARİXİN ƏSKİ YAZISI

KÖHNƏLMƏZ TARİXİN ƏSKİ YAZISI

KÖHNƏLMƏZ TARİXİN ƏSKİ YAZISI KÖHNƏLMƏZ TARİXİN ƏSKİ YAZISI

Misirlilərin ən böyük kəşfi yazıdır. Onlar bu qüdrət (!) vasitəsilə təşəkkül tapıblar. Tənəzzülləri də yazını oxuya bilən sonuncu kahinin ölümü ilə başlayıb, beləcə 17 əsrdən çox ingilislərin vassalına çevriliblər...

Təəssüflər olsun ki, biz də əsrlərlə müxtəlif qrafikalı yazılardan istifadə etmişik. Ərəb qrafikasında şəhadət barmağımız fikirlərimizin möhürəvəzinə, kiril əlifbasında imzamız yazılarımızın təsdiqinə çevrilib.

Buna baxmayaraq Füzuli, Nəsimi, Sabir... özgə qrafikada doğma xalqı üçün yazıb, yaradıb. Dahi Nizami Petrarkonu, Puşkini, Danteni belə qabaqlayıb. İndi təsəvvür edək ki, ana dilimizdə əsrlərlə yazıb, düşünüb, hisslərimizi bölüşsəydik necə olardı? Daha doğrusu harada olardıq?

Uşinski yaşadığı zamanda varlı rus ailələrinə "...uşaqlarınızı fransız dilində tərbiyə etməyin" deyəndə, Mirzə Fətəli Axundov da ərəb qrafikalı hərflərin üzərindəki nöqtələrin çətinliyindən yazırdı, əlifba islahatının mübarizəsini aparırdı.

Danılmaz faktdır ki, o dövrün klassik ədəbiyyatı, istər mətbuatı əski əlifbada yazılıb. Bu yazılar əsrlər bundan öncə baş vermiş tarixi hadisələrin salnaməsidir. İctimai-siyasi xadimlərimizin əlyazmaları, dövrün sənədləri sirli küpədir.

Bu xəzinənin açılmasında Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin "Milli Mətbuat tarixi" kafedrasının professor-müəllim heyətinin zəhməti danılmazdır. Onlar mətbuat tarixinin öyrənilməsi, araşdırılması və tədrisi istiqamətində çalışırlar.

Bu mənada "Əski Azərbaycan yazısı" fənninin tədrisi olduqca vacibdir. Fənn Jurnalistika fakültəsində tədris olunur. Artıq iki həftədir ki, 33 hərfin sirlərini müəllimimiz Elmira Həsənovadan öyrənirik.

Sinkretik "vav", "ya", "eyn" hərflərinə, dörd fərqli "z" işarəsinə, "n" samitini bildirәn "sağır nun"a baxmayaraq əski dildə yazılan tariximizi oxumaq üçün tələbə mübarizəmizi aparırıq.

Elmira Həsənova öyrətdiyini dəfələrlə təkrar etməkdən yorulmur. Bu, tələbəyə stimul verir. Müəllimimiz ilk dərs günü – 11 aprel tarixində lövhədə iki "əlif" işarəsini yanaşı çəkdi. Ayın tarixini təsəvvür etdim. Sonra anladım ki, əlifbanın ilk hərfidir, başında da "mədd" adlı papağı var. İkinci "be" hərfi gəldi. O da lövhədə "gülən emojini" xatırladırdı. Beləliklə, "əlif" və "bə" ilə başlayan əlifbanın sonuna gəldik.

Tələbələrin əksəriyyəti hərf-hərf, söz-söz, cümlə-cümlə əski əlifbada yazılan tariximizi öz dilimizdə oxumağa çalışırlar...

Yazının əvvəlində Misir yazısı haqqında söylədiyim fikirlərə qayıdıram. Əsrlər sonra fransız generalı Napoleon Britaniyanın vassalı olan ərazilərə – Misirə hücum edir. Təsadüfən fransız zabit Nil çayı sahilində yazılı daş lövhə görür. Bununla da qara daş üzərindəki yazı yenidən misirin tarixini ağ günə çıxarır.

Bizim tariximizi ağ günə çıxaran da müəllimlərimiz və onların fədakaranə əməyidir. Sulxan Orbeliani demişkən, hər xalqın dili özünə acısı, şirini ilə doğmadır. Bundan sonra dilimizə intəhasız ömür arzulayıram...

Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

* * * * *

کوحنلمزتارخین عسکی یازیسی

میسیرلیلرین ان بویک کشفی یازیدیر. اونلار بو قودرت وایستسی یله تشککول تاپدیلار. تنززوللری ده یازینی اوخویا بیلن سونونجو
کاحینی اولومی یله باشلایب بلجه 17 اسردن چوخ اینگیلیسلرین واسالینا چوریلیبلر.

تسسوفلر اولسونکی بیزده اسرلرله موختلیف قرافیکالی یازیلاردان ایستیفاده اتمیشیک. عرب قرافیکاسیندا شحادت بارماقیمیز فیکیرلریمیزین موحورعوزینه کیریل الیفباسیندا ایمزامیز یازیلاریمیزین تسدیقینه چوریلیب.

بونا باخمایاراق فوضلی نسیمی صابر.. اوزگه قرافیکادا دوقما خالقی اوچون یازیب یارادیب. داحی نظامی پترارکونو پوشکینی دانتنی قاباقلاییب. ایندی تسوور ادک کی آنا دیلیمیزده اثرلرله یازیب دوشونوب حیسسلریمیزی بولوشسیدیک نجه اولاردی ؟ داحا دوقروسو حارادا اولاردیق؟

اوشونسکی یاشادیقی زاماندا وارلی روس آیللرینه ".. اوشاقلارینیزی فرانسیز دیلینده تربییه اتمیین" دینده میرزا فتحعلی آخوندوف دا عرب قرافیکالی حرفلرین اوزریندکی نوقتلرین چتینلییندن یازیردی الیفبا ایستسالینین موباریزسینی اپاریردی

 

دانلماز فاکتدیر کی او دورون کلاسیک ادبیاتی ایستر معتبواتی عسکی الیفبادا یازلیب. بو یازیلار عصرلر بوندان اونجه باش ورمیش تاریخی حادیثلرین سالنامسیدیر. ایجتیمای-سیاسی خادیملریمیزین علیازملاری دورون سندلری سیرلی کوپدیر.


بو خزینین آچیلماسیندا باکی دولت اونیورسیتتی ژورنالیستیکا فاکولتسینین "میلی معتبوات تاریخی" کافدراسینین پروفسسور معلم هیتینین زحمتی دانلمازدیر. اونلار معتبوات تاریخینین اویرنیلمسی آراشدریلماسی و تدریسی ایستیقامتینده چالیشیرلار.

بو معنادا "عسکی آذربایجان یازسی" فنینین تدریس اولدوقجا واجیبدیر. فنن ژورنالیستیکا فاکولتسینده تدریس اولنور. آرتیق ایکی هفتدیرکی 33 حرفین سیرلرینی معلمیمیز المیرا حسنوادان اویرنیریک.

 
سینکرتیک "و" "یا" "ع" حرفلرینه دورد فرقلی "ز" ایشارسینه "ن" سامیتینی بیلردیرن "ساقیر نون"-ا باخمایاراق عسکی دیلده یازیلان تاریخیمزی اوخوماق اوچون طلبه موباریزمیزی آپارریق.


المیرا حسنوا اویرتدینی دفلرله تکرار اتمکدن یورلمور. بو طلبیه ستیمول وریر. معلمیمیز ایلک درس گونو – 11 آپرل تاریخینده لوحوده ایکی "الف" ایشارسینی یاناشی چکدی. آین تاریخینی تصور اتدیم. سونرا آنلادیم کی الیفبانین ایلک حرفیدیر. باشیندا دا "مدد" آدلی پاپاقی وار. ایکینجی "ب" حرفی گلدی. او دا لوحوده " گولن اموژینی" خاترلادیردی. بللیکله "آلیف" و "ب" ایله باشلایان الیفبانین سونونا گلدیک.

طلبلرین اکثریتی حرف-حرف سوز-سوز جمله – جمله عسکی الیفبادا یازیلان تاریخمیزی اوز دیلمیزده اوخماقا چالشیرلار...


یازنین اولینده میصر یازیسی حاقیندا سویلدیم فکیرلره قایدرام. عصرلر سونرا فرانسز گنرالی نپولون بیرتانیانین واسسالی اولان عرازیلره – مصره حوجوم ادیر. تصادفن فرانسز زابیت نیل چایی ساحلینده یازلی داش لحوده گورور. بونونلادا قارا داش اوزریندکی یازی ینیدن مصرین تاریخینی آق گونه چخاریر.

بیزیم تاریخمیزی آق گونه چیخاران دا معلملریمیز و اونلارین فداکرانه عمیدیر. سولخان اوربلیانی دمیشکن هر خالقین دیلی اوزینه آجیسی شیرینی ایله دوقمادر. بوندان سونرا دیلیمیزه اینتحاسیز اومور
آرزولایرام...

 
اسگر ایسمایلوو باکی دولت اونیورسیتتین ژورنالیستیکا فاکولتسینین طلبسی.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media