logo
Uşaq İncəsənət Festivalının Şəmkir Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi başlayıb

Uşaq İncəsənət Festivalının Şəmkir Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi başlayıb

Uşaq İncəsənət Festivalının Şəmkir Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi başlayıb Uşaq İncəsənət Festivalının Şəmkir Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi başlayıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi Şəmkir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlar üzrə start götürüb.

Aprelin 18 -də Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 8 müəssisədə piano ifaçılığı, klassik simli alətlər, klassik nəfəs alətləri, Azərbaycan xalq çalğı alətləri, akademik vokal, xanəndəlik sənəti, aşıq sənəti xor, solo milli rəqs, solo müasir rəqs, bədii qiraət, dekorativ-tətbiqi sənət, rəssamlıq, rəqəmsal incəsənət nominasiyaları üzrə ümumilikdə 229 nəfər qeydiyyatdan keçmişdir.

Qeyd edək ki, 25, 26 ,27 aprel və 4 may 2023 -cü il tarixlərinədək Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarında  qeydiyyatdan keçən uşaqlar müəyyən olunmuş məntəqələrdə münsiflər qarşısında çıxış edəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media