logo
BDU Gəncədə Mir Cəlal adına 39 nömrəli tam orta məktəbə kompüter və kitablar hədiyyə edib

BDU Gəncədə Mir Cəlal adına 39 nömrəli tam orta məktəbə kompüter və kitablar hədiyyə edib

BDU Gəncədə Mir Cəlal adına 39 nömrəli tam orta məktəbə kompüter və kitablar hədiyyə edib BDU Gəncədə Mir Cəlal adına 39 nömrəli tam orta məktəbə kompüter və kitablar hədiyyə edib

Bakı Dövlət Universitetinin (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri Gəncədə davam edir.

Əvvəlcə BDU rektoru Elçin Babayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Universitetin nümayəndə heyəti Gəncədə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra BDU-nun nümayəndə heyəti Gəncədə Mir Cəlal adına 39 nömrəli tam orta məktəbdə olub. Görkəmli ədibin büstü önünə gül dəstələri qoyulub.

BDU tərəfindən məktəbə “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kömpüter dəsti hədiyyə edilib. Bundan əlavə, məktəbə BDU Elmi Kitabxanasından 102 adda 125-dək kitab da hədiyyə olunub.

Daha sonra məktəbin şagirdlərinin ifasında Mir Cəlalın əsərləri əsasında hazırlanmış səhnəciklər göstərilib, görkəmli yazıçının məşhur aforizmlərindən seçmələr səsləndirilib.

Tədbirlər çərçivəsində BDU rektoru, Universitetin inzibati heyəti bu gün rəhbərliyi rektoru Elçin Babayev və BDU  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Büst Niyazi Bayramovla birgə ru və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərinə BDU-nun rektoru Gəncə məktəbliləri ilə görüşüb  onun 39 nömrəli məktəbdə olublar kitab kompüter Bestkomp tərəfindən Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi Gəncədə Ümummilli , professor-müəllim heyəti Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə şəhər 39 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb.

Görüşdən əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və BDU-nun rektoru Elçin Babayev görkəmli alim Mir Cəlal Paşayevin   məktəbin önündəki abidəsi önünə gül dəstələri düzüblər.

Sonra şagirdlərlə görüşən BDU-nun rektoru Elçin Babayev görkəmli yazıçı, ədəbiyyatşünas alim, unudulmaz pedaqoq Mir Cəlal Paşayevin zəngin fəaliyyətinin öz dövrü ilə yanaşı, gələcək zamanlar üçün də bir örnəyə çevrildiyini, dahi mütəfəkkirin qələmindən çıxan bütün əsərlərin bu gün də öz dəyərini və aktuallığını qoruyub saxlayığnı və ondan faydalanan sonrakı nəsillər üçün bir məktəb rolunu oynadığını bildirdi: "Mir Cəlal Paşayev ömrünü sözün əsl mənasında bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr etmiş, yüzlərlə gəncin, tələbənin güvəndiyi şəxsiyyət kimi bu gün də sevgi ilə xatırlanır, yaddaşlarda dahi mütəfəkkir, bir müəllim kimi yaşayır".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media