logo
BDU-nun Şərqşünaslıq fakültəsi Bakı Kitab Mərkəzində ərəb ədəbiyyatına həsr olunmuş tədbir keçirib

BDU-nun Şərqşünaslıq fakültəsi Bakı Kitab Mərkəzində ərəb ədəbiyyatına həsr olunmuş tədbir keçirib

BDU-nun Şərqşünaslıq fakültəsi Bakı Kitab Mərkəzində ərəb ədəbiyyatına həsr olunmuş tədbir keçirib BDU-nun Şərqşünaslıq fakültəsi Bakı Kitab Mərkəzində ərəb ədəbiyyatına həsr olunmuş tədbir keçirib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin "Qiraət" kitab klubu Bakı Kitab Mərkəzində orta əsr ərəb ədəbiyyatına həsr olunmuş tədbir keçirib.

Tədbirdə fakültə rəhbərliyi, moderator qismində professor Aida Qasımova, müəllimlər və ərəbşünas tələbələr iştirak ediblər.

III kurs tələbələri Şəfəq Ağalarlı Əbul 'Alə Əl-Mə'arrinin "Risələt əl-Ğufran”, Gülbəs Həsənova Bədi əz-Zaman Həmədaninin "Mosul məqaməsi", Nəcimə Eldarova İbn Həzmin "Göyərçin boyunbağısı" əsərləri barədə geniş məlumat veriblər.

Çıxışlardan sonra fikir mübadiləsi aparılıb. 

Tədbirin sonunda tələbələrə Bakı Kitab Mərkəzi tərəfindən kitablar hədiyyə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media