https://innews.media/uploads/news/2023-04/_innews_edb8959e882d211b3ac335400_o.jpg
"Atam gedər-gəlməz oldu. Həyatda olduğunu da bilmirəm, bilsəm axtararam, ona sahib çıxaram. Atam sadəcə tərki-dünya oldu."
innews.media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Düzünə qalsa” verilişində deyib.
“Gözümü açandan bizə nənə-babam baxıb”. Biz Siyəzəndə yaşayanda uşaq vaxtı ikən atam Rusiyaya işləməyə getmişdi. Elə də gedib orda öyrəşib qaldı. Arabir gəlirdi, sonra gec-gec gəldi. Sonradan anam da fikirləşirdi ki, uşaqların hissləri oynayır. Heç gəlməsə yaxşıdır. Biri varki, yoxdu amma yaşayırdı axı. Hisslərimizə toxunurdu. Biz o qədər ağlayırdıq ki, niyə bizim qardaşımız, atamız yoxdu. Anamın xəbəri olmadan 4 bacı oturub hönkürtü ilə ağlayırdıq. Hardasa 12-13 yaşım olardı. Sonuncu dəfə onu 1991-ci ildə yasda görmüşəm. 1993-cü ildə isə şəhərdə metroda gördüm amma bildirmədim ona. Çoxlu axtardıq onu, ağlaşdıq. Atam gedər-gəlməz oldu. Həyatda olduğunu da bilmirəm, bilsəm axtararam, ona sahib çıxaram. Atam sadəcə tərki-dünya oldu. O, yaxşı insan idi. Mən hamını çoxdan bağışlamışam”.
“Ailə həyatı nə zaman bitir? Harda dözə bilmir insan. Bitiş nöqtəsi hansıdır?! Məndə alınmamaq söhbəti deyildi. Qadın öz doğma qardaşının, atasının kəskin xasiyyətinə dözür. Hətta ərə də gedir. Onunla da qardaşı, atasına görə mübahisə edir. Deyir mənim atam belə, qardaşım belə. Ərə gələndə bilməlidir ki, onun atası da, qardaşı da elə əridir. Qızlar dayanmadan elə hey, atam, anam, qardaşım deyərsə, əri ilə arasına nifaq toxumu səpilər. Mehriban olmazlar. Beləcə ailə də dağılır. Əbəs yerə deməyiblər ki, qız küsüb gələndə ayağına vururlar ki, öz evinə qayıt. Mən şəxsi həyatımdan o qədər də danışmaq istəmirəm. Mənim kimi sənətkarlar ayrı mövzudur, biz seçilmişlərik. Mən sadə bir ev xanımıyam. Keçmişim, bugünümlə də fəxr edirəm. İstəmirəm keçmişimdən danışıb, kimlərinsə xətrinə dəyim onlar mənim könlümə dəysələr də. Çünki mən onları çoxdan bağışlamışam, unutmuşam hətta! ”
O, fikirlərini belə dilə gətirib: “Dişlər insanın xasiyyətinə bağlıdır. Əgər sənin xasiyyətin yaxşı olursa, dişlərin saf olur. İnsanın xasiyyəti tünd olursa, onun dişlərini tez qurd yeyir. Dişləri olmayan insan görmüşəm ki, onlar çətin insandırlar. Mən bunu təcrübəmdən keçirtmişəm. Saf insanların dişləri isə inci kimidir.
Başqa biri də var. Saçları düz olan insanların xasiyyəti isə tərs olur. Saçı dalğavari olanlar xasiyyətləri yumşaq olur.İnsanın dişi və saçları onun xasiyyətinə uyğundur!”
Ən son xəbərləri səhifəmizdən də izləyin