Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan edir
Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan edir Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan edir https://innews.media/az/news/id-11581
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda müsabiqə elan edir.
Müsabiqənin təşkil edilməsində məqsəd medianın diqqətini ailə, qadın və uşaq mövzularına çəkmək, bu istiqamətdə media məkanında faydalı məlumatların yayılmasına, maarifləndirmənin aparılmasına və media nümayəndələri ilə uğurlu əməkdaşlığa töhfə verməkdir.
Müsabiqənin şərtləri:
Aşağdakı istiqamətlər üzrə aktual mövzu seçilə bilər:
ailə məsələləri,
qadın hüquqları və gender bərabərliyi,
uşaq hüquqları.
Müsabiqəyə 1 yanvar- 30 iyun 2023-cü il tarixində yayımlanan (televiziya, qəzet, jurnal və informasiya agentlikləri və onlayn mediada) yazı və video materiallar buraxılacaq.
Həcmi 2000-10 000 arası işarə, “Arial” 12 ölçüsündə “MS Word” sənədi şəklində olan yazılar (çap materialıdırsa, PDF şəklində), müddəti 1-5 dəq. arası olan süjetlər (link qeyd edilməklə) təqdim edilə bilər.
Dil: azərbaycan və rus dilləri.
Müsabiqədə iştirak etmək istəyən media nümayəndələrindən iyunun 30-dək dərc və ya nümayiş edilmiş materalları “Müsabiqəyə təqdim olunur” başlığı ilə: