https://innews.media/uploads/news/2023-03/_innews_abb8ddae64bcdfadd96864f7f_o.jpg
Tariximizin səhifələrini vərəqləyəndə həm şanlı qalibiyyətlər, həm də faciələr, soyqırımlar göz önündə canlanır.
31 Mart 1918 ci il. Azərbaycan xalqının başına gətirilən soyqırımdan bir əsrdən çox zaman ötsə də, fəqət o qiyaməti heç vaxt unutmağa haqqımız yoxdur.
Həmin ilin mart, aprel aylarında Bakı Soveti mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik birləşmələri Bakı şəhəri, Bakı quberniyasının müxtəlif bölgələri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirdilər. Mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, bütün bəşər tarixində ən faciəli qırğınlardan biridir.
Tarixin acı səhifələri həm də qara donlu kafirlərin barbar, mundar xislətini açmış olur. Soyqırımı təşkil edənlər on iki mindən çox qadın, qoca uşaq demədən insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar, on minlərlə insan itkin düşdü. Soyqırım qurbanları arasında minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətindən olanlar da var idi.
Bizə qarşı törədilən qırğın, faciə, deportasiyaların kökündə bir məqsəd dayanırdı: müsəlmanların gözündə qorxu yaratmaq, bizi öz ata-baba yurdumuzdan didərgin salmaq, ikiyə bölünən Vətənimizin qalan hissəsini özəlləşdirib xəyallarda qurulan "Böyük Ermənistan" dövlətini yaratmaq. Bu, mümkün ola bilməzdi, heç bir soyqırım, qırğın bizi sarsıda bilmədi.
"Türklər qandan qorxmaz" bu cümlə əbəs yerə deyilməyib. Damarlarında Türk qanı axan hər bir insan yurdu üçün son damla qanına kimi döyüşməyə hazırdır. Bunun bariz nümünəsini 2020-ci ci il Vətən müharibəsində dünyaya göstərdik.
Qan tökməyi sevən bir millət deyilik, amma mövzu vətəndirsə dünyanın şah damarını da kəsərik (MÖHSÜN YAZIÇIOĞLU).
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. O dövrdə Mart soyqırımı haqqında mətbuatda məqalələr dərc olundu, faktlar araşdırıldı. 1919-1920-ci il martın 31 də ümummilli matəm günü kimi də qeyd edildi.
Təəssüflər olsun ki, azadlığımız zorla əlimizdən alındı. Beləcə, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Sonrakı 70 il ərzində bizə tariximizi unutdurmağa çalışdılar, amma mümkün olmadı.
1991-ci ildə müstəqilliyimizi bərpa etdik. Bundan sonra tariximizi yaşatmaq, başımıza gələn faciələri dünyaya çatdırmaq öz əlimizdə idi. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Ümummilli lider Heydər Əliyev 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Yaxın keçmiş ərzində də Mart Soyqırımının unudulmaması üçün bir sıra addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb, 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub, və hər il Mart ayının 31-də dövlət səviyyəsində "Mart Soyqırımı" günü kimi qeyd olunur.
Asiman Hafizqızı
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin