logo
İNCƏSƏNƏTİN ÇOXÇALARLI AYNASI - NOVRUZUM!

İNCƏSƏNƏTİN ÇOXÇALARLI AYNASI - NOVRUZUM!

İNCƏSƏNƏTİN ÇOXÇALARLI AYNASI - NOVRUZUM! İNCƏSƏNƏTİN ÇOXÇALARLI AYNASI - NOVRUZUM!

Novruz  xalqımızın qədim tarixi mədəniyyətini özündə əks etdirən, əsrlərdən əsrlərə,  min  illəri  adlayan adət-ənənələrimizin aynasıdır. Bu  aynada  biz  nələri  görmürük  ki?.. Bu  aynaya hər baxdıqda çoxşaxəli  Novruz  adətlərinin  hər birində tədqiq olunmağa  ehtiyacı olan nə qədər  çalarlar  olduğunu  duyuruq, izləyirik. Onların hər birində xalqımızın milli-mənəvi dəyərləri danışır, söhbət  açır bizə kimliyimizdən. Danışır, söyləyir hər bir yadelliyə ki, bizim xalqımız neçə bir tarixi keçmişin davamçısı, qoruyucusu, yaşadıcısıdır. Bu  Azərbaycan  xalqıdır! Humanist, tolerant, multikultural  dəyərlərin  qoruyucusu. Bəli, insanlıq da, bəşər  də  məhz  bu  gözəlliklər qorunarsa, yaşayacaq, yeni  nəsillərə möhkəm bünövrəli, hümanizm niyyətli gələcək nəsib edəcəkdir. Novruz  “yeni gün” deməkdir. Açılan səhər, bahar təravəti, insanların xoş arzularla həyata davamıdır. Burada əsas niyyət humanizmdir. Özündən əvvəl yaşayanları  unutmamaq,  əhatəndə  olan insanlara xoş, saf münasibət göstərmək,  paylaşmaq, bölüşmək, əyləncəli  oyunlarla  bacarıqlarını  göstərə  bilmək,  hikmətlərə,  zərb-məsəl, kəlamlarla söykənərək yoluna  davam  etmək,  seçmək, torpağa  sevgi, təbiətə  qayğı, uşaqları sevindirmək, ahıl  insanlara diqqət ayırmaq, onların qayğısına qalmaq, ehtiyacları ilə  maraqlanmaq... Bir  sözlə  həyatda  gözəl olanlara  rəğbət  aşılayan bu gözəl bayram bütün türkdillidövlətlər tərəfindən  qeyd  edilir. Eyni zamanda  Balkanlarda, Qara  dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada  və Yaxın Şərqdə - İraqda, Türkiyədə, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda  qeyd  edilməkdədir. Amma, deyərdim  ki, bu  ölkələr  sırasında  ən geniş  formada Azərbaycanda  qeyd  edilir. Novruz  xalqımızın  milli  bayramıdır. Uzun  illər  onun qeyd edilməsi  müəyyən təzyiqlərə  məruz  qalsa  da, Azərbaycan  yenidən dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  bu  bayram  Ulu  Öndər  Heydər  Əliyevin təşəbbüsü, bilavasitə  diqqət  və  qayğısı  ilə  yenidən  dövlət  səviyyəsində qeyd edilməyə  başladı. Əlbəttə  ki, Ulu  Öndər  xalqımzın tarixini, mədəniyyətini  dərin  bilirdi,  sevə-sevə təbliğ edir, daim qeyd edirdi  ki, “Xalq gərək  öz  kökünü  xatırlasın”. Davamlı  həyata  keçirilən, eyni  zamanda  uğurla nəticələnən Ulu Öndər Heydər Əliyev ideyaları Novruz  bayramının  milli  adət-ənənələrimizin  təcəssümü  olaraq  qorunmasında da mühüm rol oynamışdır. Böyük  siyası  xadim “Ən çox sevdiyim bayram Novruz bayramıdır” ifadəsi ilə bir daha xalqına bağlılığını qeyd etmişdir. Məhz bu bağlılığın qorunmasını vəsiyyət etmişdir. O, torpaqlarımızın mütləq işğaldan azad ediləcəyini  böyük inamla bildirmiş, qeyd etmişdir ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Bəli, bu gün işğaldan azad edilmiş vətən torpaqlarında Novruz bayramı qeyd edilir, təbiət doğma nəfəslərə qovuşduğu üçün daha gözəl, təmiz görünür. Bu ellərə ayaq açan hər  bir azərbaycanlı  torpaqlarımızın azadlığı yolunda candan keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir. Novruz  bayramının davamlı  qeyd edilməsi, yaşadılması  yolunda  Müzəffər Prezidentimiz  İlham Əliyevin və  Birinci  Vitse-prezident  Mehriban  xanım  Əliyevanın  xidmətləri  böyük  olmuşdur. Ata  vəsiyyətini  şərəflə yerini yetirən Ali Baş Komandan cənab İham Əliyev  bu  gün torpalarımızda yeni quruculuq işlərinin aparılması istiqamətində, minalardan  təmizlənməsi, yeni  yaşayış  binalarının, əsas yolların,  digər vacib obyektlərin  bərpası  istiqamətində  yeni  layihələrin  reallaşdırılmasına  çalışır. Bu istiqamətdə böyk layihələr icra edilir. Mehriban  xanım  Əliyevanın  rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı  layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan  muğam  sənətinin  yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü  nəticəsində mümkün olmuşdur. Mehriban  xanım Əliyeva Azərbaycanın  maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan  xalqının yaratmış  olduğu  ənənə və  dəyərlərin dünyada tanıdılması  üçün  müxtəlif  təqdimatlar, sərgilər,  tədbirlər  keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına  daxil  edilərək  qorunma  altına  alınmışdır. Bütün  bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi  Mədəni  İrs  üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil  edilmişdir. Eyni  zamanda  Qız  Qalası, İçərişəhər, Şirvanşahlar  sarayı və  Qobustan  Dövlət Tarix və Bədii  Qoruğu da YUNESKO -nun Ümumdünya İrs siyahısına salınmışdır. Bu istiqamətdə davamlı aparılan işlər Novruz bayramı üçün də əhəmiyyətli olmuşdur. Belə  ki, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr  2009-cu ildə  Birləşmiş  Ərəb  Əmirliklərinin  Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 23  fevral 2010-cu ildən  isə BMT  Baş  Assambleyasının 64-cü sessiyasının  iclasında martın 21-i  “Beynəlxalq Novruz  Günü” elan edilmişdir. Novruz  bayramı xalqımızın əziz bayramıdır. Bütün gözəllikləri ilə Novruz xalq bayramıdır, birlik, paklıq,  müqəddəs  dəyərlərə  sayğı  və hörmətin təcəssümüdür. Bu  bayram  münasibətilə  bütün xalqımızı təbrik edir, hər birinizin ocağına ruzi-bərəkət, aydın səma, firavanlıq arzu edirik.

Bədirə  Niftaliyeva,

Neftçala rayon ziyalısı, yazıçı-publisist

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media