https://innews.media/uploads/news/2023-03/_innews_5d06dcbdda2e7c12a8b0b03c4_o.jpg
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) texniki-populyar seriyadan nəşrləri daxil olub.
Hədiyyə olaraq təqdim edilən və 16 kitabdan ibarət texniki-populyar seriya ölkəmizin tarixində ilk dəfə olaraq nəşr edilib.
Nəşrlərin sırasında “İnformatika” iki hissədə , “Hüdudsuz kimya” iki hissədə, “Ölçmələr və cihaz mühəndisliyi”, “Populyar mexanika”, “Elektronika dünyasına səyahət”, “Populyar iqtisadi məlumatlar”, “Geologiya – yeraltı və yerüstü sirlər dünyası”, “Seçdiyiniz peşə - sizin gələcəyinizdir”, “Enerji: keçmiş və gələcək vektorların kəsişməsində”, “Geofizika yer təkinin güzgüsüdür”, “Azərbaycanın faydalı qazıntıları müstəqil dövlətimizin təminatçısıdır”, “Fizika bugünkü həyatımızda”, “Elektronikanın əsasları: dövrələr, metodlar və tətbiqlər” iki hissədə,
ADNSU-nun 100 illik yubileyinə həsr olunmuş və nəfis tərtibatı ilə seçilən bu kitablar müxtəlif texniki elm sahələrini əhatə edir və İstanbul şəhərində işıq üzü görüb. Kitablar müəllimlər, elmi-tədqiqat işçiləri, doktorantlar, bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr üçün faydalı mənbələrdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin