logo
Bayram şənliyində "Yeddi gözəl" tamaşasi təqdim olundu - FOTO

Bayram şənliyində "Yeddi gözəl" tamaşasi təqdim olundu - FOTO

Bayram şənliyində "Yeddi gözəl" tamaşasi təqdim olundu - FOTO Bayram şənliyində "Yeddi gözəl" tamaşasi təqdim olundu - FOTO

Elm və Təhsil Nazirliyinin dəstəyi “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in təşkilatçılığı ilə 13.03.2023-cü il tarixdə  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Novruz bayramına həsr olunmuş  tamaşa keçirilmişdir.

Tamaşada Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova, Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib.

Bayram şənliyində “Yeddi gözəl”  tamaşası təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib.

Tamaşada uşaqlar Novruz bayramının əsas personajları olan  kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıblar.  Onuda qeyd edək ki, gənc aktyorlar sırasında sağlamlıq imkanları məhdud uşaqlar da yer almışdır. Həmçinin Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvlərinin nümayiş etdirdikləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların rəqsləri gələn qonaqların böyük marağına səbəb oldu və onlarda xoş əhval-ruhiyyə yaratdı.

footer
Top