https://innews.media/uploads/news/2023-03/_innews_b0f70a1b354014bc4b409f959_o.jpg
15 Mart 2023-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı konsert proqramı ilə çıxış edəcək.
Konsertdə Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən ansambl zəngin və maraqlı repertuarını dinləyicilərə təqdim edəcək. Proqramda Azərbaycan xalq mahnıları, bəstəkar mahnılar, muğam və təsniflər ifa olunacaq.
Konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin