https://innews.media/uploads/news/2023-03/_innews_5292086e0aa23488b2cb70ef1_o.jpg
Deyirdilər sən atasan. Ailəni sənətlə bərabər idarə etmək asan bir şey deyil.
innews.media xəbər verir ki, bu sözləri Müğənni Elçin Cəfərov “Düzünə qalsa…” verilişində deyib.
Onun sözlərinə görə, Ailə qurandan sonra çiyinlərimdə məsuliyyət oldu. Bir də mənim bu xasiyyətimlə, hər şeyi səliqəli düzən adamam. Əslində çox çətin oldu. Diqqətli olmağa başladım, oğlum Can olandan sonra üstəlik. Deyirdilər sən atasan. Ailəni sənətlə bərabər idarə etmək asan bir şey deyil. Bir də pop ifaçısı olanda. Muğam oxuyanda daha rahat olar. Sən uşaqlıqdan qaval ilə oturub samballı şəkildə muğam oxuyursan. Pop ifaçısı saçını, geyimini belə edər, belə qarşılanar filan... Məmur ailəsi ilə qohum oldum. Qulağım o qədər cingildədi, o qədər qeybət eşitdim ki. onlara cavab vermirəm, məqamını gözləyirəm. Mənə yapışmırsa, dəyib yerə düşürsə, nədi ki, problem? Qoy dözüm!
Konsert verməyi düşünürəm, hər şey qaydasındadır. Mahnılar da var. Konsert gününü təyin edib, reallaşdırmaq lazımdır. Konsert verməyi həmişə istəmişəm, yəqin ki, qismət məsələsidir. Bir də gec olsun, güc olsun. Bir məsələ də var. Mən sponsordan konserti gözləyib ona görə vermək istəmirəm. Sponsor gələr, gəlməz, özüm bilərəm! Bütün mailiyyə tərəflərini öz üzərimə alacam!
Əslində bayağı bir şey yoxdur. Mən onu qəbul edə bilmirəm. Musiqi notlardan ibarət, yazılış şəkli var, o necə pis ola bilər? Bayağı ifaçı, aranjimançı, məsuliyyətsiz işçilər ola bilər, musiqi yox. Bir sözlə, işin keyfiyyətindən qaçan insanlara bayağı demək olar. Bütün bunlar 1 il əvvələ kimi məni küsdürdü, sonra da başa düşdüm ki, bu bizim işimiz deyil. Kimsə hansısa işi görüb, ondan çörək qazanırsa, qoy olsun bu onun ruzisidir. Ona qarışmaq olmaz. Bəlkə də tamaşaçıdan deyil, elə özümdən küsmüşdüm. Bizim nəsil sənətçilər ara verdik, geri çəkildik. Biz qalıb davam etsəydik, belə olmazdı. Düşünürəm ki, onlara bir yol açdıq. Istedadı olan adamlar özgüvəni olur deyə, onlar az işləyirlər. Deyir, mən unudulmayacam! Amma istedadı az olan kəslər o əskikliyi özündə görüb, onu işləməklə tamamlayırlar!
“Ola bilər ki, mən də bilmədən kiminsə xətrinə dəymişəm. Xəbərim olanlar da, olmayanlar da olub. Məktəbi bitirəndə nə qədər qız gəlib dedi ki, mən səni sevirdim. Deməyib də mənə, hardan bilim? Gülür. Day qəlbi qırılıbsa, özü bilər!”
Ən son xəbərləri səhifəmizdən də izləyin