logo
Göygöldə "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində təlim keçirilib

Göygöldə "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində təlim keçirilib

Göygöldə "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində təlim keçirilib Göygöldə "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində təlim keçirilib

Göygöl Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, eləcə də rayon gənclərinin öz şəxsi inkişaflarını peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verilməsi məqsədilə müxtəlif mövzulardan ibarət təlim keçirilib.

Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə peşəkar təlimçi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Anar Həsənovun təqdimatında dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə mövzularından bəhs olunub. Təlimin sonunda iştirakçılar komandalara bölünərək təlimin sual-cavab hissəsində öz bilik və təcrübələrini bölüşüblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media