logo
"Qarabağın bərpası şagirdlərin gözü ilə" şüarı altında olimpiada keçirilir

"Qarabağın bərpası şagirdlərin gözü ilə" şüarı altında olimpiada keçirilir

"Qarabağın bərpası şagirdlərin gözü ilə" şüarı altında olimpiada keçirilir "Qarabağın bərpası şagirdlərin gözü ilə" şüarı altında olimpiada keçirilir

Azərbaycançılıq ideyasında yeni səhifə açan zəfərimizin qürurunu daim hiss etməli, işğaldan azad edilmiş ərazilərin bərpası üçün durmadan çalışmalıyıq.  
Milli mənsubiyyətimizin möhkəmləndirilməsində və onun daimi olmasında gənclərimizin iştirakı hər zamankından da vacibdir.
Həmçinin əminik ki, bu istiqamətdə məktəblilərin də deyəsi sözü, nümayiş etdirəsi layihəsi var. Məhz elə bu səbəbən də məktəbliləri  “Azərbaycanın gənc qurucuları” adlı ölkə üzrə ilk layihə əsaslı olimpiada iştirakçıları sırasına qoşulmağa dəvət edirik!

Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və  Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında keçirilən olimpiadanın məqsədi şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsinin təmin edilməsi, onların Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə də onların araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaqdır.

Olimpiadada iştirak şərtləri, layihə üçün meyarlar və tövsiyə olunan istiqamətlərlə bağlı ətraflı məlumat:
ada.edu.az/olimpiada

Layihələrin hazırlanması üçün faydalı resurs

https://karabakh.center/az

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media