https://innews.media/uploads/news/2023-02/_innews_860c4cdf593c721fa9c552486_o.jpg
"Mənə təhsilsiz aktyor damğasını vurmağı çalışırdılar, cəhd edirdilər. Məni tanıdan bir sıra film, seriallar oldu.".
innews.media xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir “Düzünə qalsa...” verilişində deyib. Aktyor bildirib ki, bir çox aktyor onun təhsilsiz olmasını tənqid edib:
"Əlbəttə ki, yaradıcılıq intriqalarla doludur. Yeni-yeni tanınmağa başlayanda mənim qulağıma gəlib çatdı. Yaşlı nəslin nümayəndələri, o cümlədən həmkarlarım təhsilsizliyi bilavasitə silah kimi istifadə edirdilər mənə qarşı. Hər uğurumda deyirdilər ki, əşi bura kimi. Əşi burda da bəxti gətirdi. Mənə inanmırdılar. O dövr gəldi ki, mən prodüser kimi onları çəkirəm, dostuq və o dedi-qodunu artıq unutmuşam.
Bu gün kino sektoru və televiziyamızda inam çatmır, maddiyyatla heç bir əlaqəsi yoxdur. Xarici seriallara, tv-lərə baxırıq daimi. Bizdə içimizdə o inam itib ki, daha yaxşısını edə bilərik. O inam var ki, mən bunun nüsxəsini edə bilərəm və edir də. Və nəticədə mutant bir şey alınır, həm tanış, həm yaxın, eyni zamanda da iyrənc, tükləri biz-biz saxlayan, əttökən bir şey alınır. Niyə? Çünki o seriallar, verilişlər, xəbərlər kopyalamağa çalışır. Nə tutubsa, onu edirik. Deyirsən, ay aparıcı əl çal fərqlilik olsun, deyəcək axı o etməyib! O, o! Ancaq kopyalamaq! İlhamlanmaq və koplamağı qarışıq salmasınlar. Mən də "Əqrəb mövsümü" nü yazanda 10-larla film, seriallara baxmışam ki, bu tərzdə, rəngdə olsun. Amma bir-bir eynisini etməmişəm!"
Ən son xəbərləri səhifəmizdən də izləyin