logo
Nazirin birinci müavini Elnur Əliyev tanınmış bəstəkar Oqtay Rəcəbovla görüşüb

Nazirin birinci müavini Elnur Əliyev tanınmış bəstəkar Oqtay Rəcəbovla görüşüb

Nazirin birinci müavini Elnur Əliyev tanınmış bəstəkar Oqtay Rəcəbovla görüşüb Nazirin birinci müavini Elnur Əliyev tanınmış bəstəkar Oqtay Rəcəbovla görüşüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Oqtay Rəcəbovla görüşüb.

Bəstəkarı doğum günü münasibətilə təbrik edən Elnur Əliyev, bəstəkarın Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətlərini qeyd edib, ona ən xoş arzularını çatdırıb.

O.Rəcəbovun Azərbaycan milli mədəniyyətinin inkişafında bir bəstəkar və pedaqoq kimi layiqli payının olduğunu vurğulayan E.Əliyev, bəstəkarın operaları, musiqili komediyaları, film musiqisi, elmi məqalələri, kitab və monoqrafiyaları ilə yanaşı “Xocalı avazları”, “Çingiz” simfoniya rekviyemi, “Xocalı” simfoniyası, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər” oratoriyası və dillər əzbəri olmuş “Necə unudum səni”,  “Zəfəran” və bir çox mahnılarını xüsusi qeyd etmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media