logo
FHN-in xilasediciləri tərəfindən 51 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

FHN-in xilasediciləri tərəfindən 51 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

FHN-in xilasediciləri tərəfindən 51 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO FHN-in xilasediciləri tərəfindən 51 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin