https://innews.media/uploads/news/2023-02/_innews_ed2c6f1e56a25c6ec31ea2abd_o.jpg
“BDU könüllüləri” təşkilatının üzvləri fevralın 8-dən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara yardım məqsədilə Əl Oyunları Sarayında təşkil olunan kampaniyada iştirak edirlər.
Hər gün 40-dək BDU könüllüsü vətəndaşların gətirdiyi əşyaların çeşidlənməsi, qutulara yığılması prosesinə yardım göstərir.
BDU kollektivi bir daha Türkiyədə dəhşətli zəlzələdə həlak olan bacı və qardaşlarımıza rəhmət, yaralılara şəfa diləyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin