https://innews.media/uploads/news/2026-07/_innews_5dbdc555e30a3f63ee532aa3e_o.jpg
17–19 iyul 2026-cı il tarixlərində Samsunun Tekkeköy rayonundakı Yaşar Doğu İdman Sarayında keçirilən Spor Toto Türkiyə Ümid, Gənclər və U-21 Karate Çempionatı Türkiyə idman tarixinin növbəti uğurlu səhifələrindən biri oldu. Minlərlə idmançının iştirak etdiyi bu mötəbər yarış təkcə idman bayramı deyil, həm də Azərbaycan–Türkiyə qardaşlığının təntənəsinə çevrildi.
Bu uğurun arxasında duran əsas simalardan biri Azərbaycan–Türkiyə Dostluq Qrupunun İcraiyyə Komitəsinin sədri Hamdi Erdem idi. Onun yüksək təşkilatçılığı, zəngin idarəçilik təcrübəsi və yorulmaz fəaliyyəti çempionatın uğurla keçirilməsində mühüm rol oynadı.
Yarış çərçivəsində Türkiyə Karate Federasiyasının Prezidenti Ercüment Taşdemir ilə Hamdi Erdem arasında keçirilən görüşdə iki qardaş ölkə arasında karate idman növünün inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək birgə layihələr müzakirə edildi. Bu görüş bir daha göstərdi ki, idman xalqları yaxınlaşdıran ən güclü körpülərdən biridir.
Lakin Hamdi Erdemin Azərbaycan sevgisi yalnız idman sahəsi ilə məhdudlaşmır.
Onun rəhbərlik etdiyi Bakuinşaat şirkəti tərəfindən Samsunun Canik rayonunda inşa edilən BAKU TOWERS yaşayış kompleksi bunun ən parlaq nümunəsidir. İki qüllədən ibarət olan bu möhtəşəm memarlıq ansamblı yalnız müasir yaşayış layihəsi deyil, eyni zamanda Azərbaycanın adını Türkiyənin gözəl şəhəri Samsunun memarlıq xəritəsinə həkk edən rəmzi bir əsərdir.
Layihənin “BAKU TOWERS” adlandırılması təsadüfi seçim deyil. Bu ad Azərbaycanın paytaxtı Bakıya olan sevginin, ehtiramın və mənəvi bağlılığın ifadəsidir. İki qüllə sanki Xəzərin sahilində ucalan alov qüllələrinin ruhunu Qara dəniz sahillərinə daşıyır və “Bir millət, iki dövlət” fəlsəfəsini memarlıq dili ilə ifadə edir.
Hamdi Erdem Azərbaycanı sevən, onun uğurlarına ürəkdən sevinən, ölkəmizin mədəniyyətinə, dövlətçiliyinə və xalqına böyük ehtiram bəsləyən əsl dostdur. O, Azərbaycanı yalnız sözlə deyil, həyata keçirdiyi layihələrlə, təşkil etdiyi beynəlxalq tədbirlərlə və qurduğu dostluq körpüləri ilə təbliğ edir.
Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” kəlamı və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ideyaya sadiqliyi Hamdi Erdem kimi insanların fəaliyyətində öz real təcəssümünü tapır.
Belə insanlar rəsmi diplomatik nümayəndə olmasalar da, xalq diplomatiyasının ən etibarlı elçiləri kimi xalqlar arasında etimad, dostluq və qardaşlıq körpüləri qururlar.
Hamdi Erdem həm idman diplomatiyasında, həm iqtisadi əməkdaşlıqda, həm də memarlıq sahəsində Azərbaycan və Türkiyə arasında dostluq münasibətlərini möhkəmləndirən dəyərli şəxsiyyətlərdən biridir.
Azərbaycan xalqı belə dostlarını yüksək qiymətləndirir və onların fəaliyyətini qardaşlığımızın möhkəmlənməsinə verilən qiymətli töhfə hesab edir.
“Möminlər ancaq qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin…”
(Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)
Bu ayənin hikməti Hamdi Erdəmin həyat və fəaliyyətində öz əksini tapır. O, qardaşlığı təkcə sözlə deyil, əməli ilə yaşayan və yaşadan insanlardandır. Onun kimi insanların fəaliyyəti Azərbaycan–Türkiyə dostluğunun gələcək nəsillərə ötürülən möhkəm təməlidir.
Ən son xəbərləri səhifəmizdən də izləyin