logo
Bakı Limanının əməkdaşları Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclasda iştirak edir

Bakı Limanının əməkdaşları Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclasda iştirak edir

Bakı Limanının əməkdaşları Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclasda iştirak edir Bakı Limanının əməkdaşları Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclasda iştirak edir

Ötən gündən etibarən Qazaxıstanın Almatı şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçirilir.

Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsinin yad olunması ilə başlayan iclasda 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, daha sonra müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.

İki günlük toplantıda Bakı Limanını Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli, Satış və marketinq departamentinin müdiri Anar İbrahimov təmsil edir.  

Qeyd edək ki, mütəmadi olaraq keçirilən bu toplantıların əsas məqsədi, bu marşruta daha çox yükün cəlb edilməsi ilə potensialın genişləndirilməsinə nail olmaqdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin