https://innews.media/uploads/news/2023-02/_innews_f9361f62e2db8e2a091fe8799_o.jpg
SOCAR hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar dəniz obyektlərində təhlükəsizlik tədbirləri barədə məlumat yayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən innews.media bildirilib ki, fevralın 7-si axşam saatlarından fevralın 10-u gündüz saatlarınadək hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar qurumun dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bununla yanaşı, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin