logo
"Ukrayna və Azərbaycan arasındaki diplomatik münasibətlərin tarixi"

"Ukrayna və Azərbaycan arasındaki diplomatik münasibətlərin tarixi"

"Ukrayna və Azərbaycan arasındaki diplomatik münasibətlərin tarixi" "Ukrayna və Azərbaycan arasındaki diplomatik münasibətlərin tarixi"

"Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində fevralın birinci dekadası xüsusi yer tutur".

innews.media xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.

"08 fevral 1919-cu il tarixində Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur. 1992-ci il fevralın 6-da Ukrayna ilə

Azərbaycan diplomatik münasibətlərini bərpa etmiş, strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində yeni səhifə açmışdırlar.

Ukrayna hər zaman Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq münasibətlərimiz olan dövlət kimi qiymətləndirib və belə hesab etməkdədir.

Bu, xalqlarımızın yenidən əllərində silahla öz suverenliyini müdafiə etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində öz dövlətlərinin ərazi bütövlüyünü bərpa etməyə məcbur olduğu indiki tarixi şəraitdə xüsusi məna və əhəmiyyət kəsb edir.

Birgə ağrı bizi daha güclü və daha inamlı etdi. Biz mütləq qalib gələcəyik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!", - o qeyd edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media