logo
İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

İyul ayında Bakı metrosunda sərnişin daşımalarında artım qeydə alınıb.

"innews media" xəbər verir ki, ötən ay ərzində sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 10,31 faiz çoxdur.

Statistikaya əsasən, "Koroğlu" stansiyası 1 630 048 sərnişinə xidmət göstərərək ayın ən çox istifadə olunan metro stansiyası olub.

İyul ayında ən yüksək sərnişin axını isə 1 iyul tarixində qeydə alınıb. Həmin gün metrodan 649 974 nəfər istifadə edib.

Elektron ödənişlər üzrə də artım müşahidə olunub. Belə ki, NFCQR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu, ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 faizini təşkil edib.

Bununla yanaşı, "Əlçatan metro" xidməti çərçivəsində iyul ayında 94 sərnişinə xidmət göstərilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media