https://innews.media/uploads/news/2023-02/_innews_81dcdfcd5466c4c293fc2b92b_o.jpg
Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb.
innews.media məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında qeyd edilib.
"Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur", - deyə bildirilib.
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.