logo
Polad Bülbül oğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçirilib

Polad Bülbül oğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçirilib

Polad Bülbül oğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçirilib Polad Bülbül oğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçirilib

Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Polad Bülbül oğlunun “Eşq və Ölüm“ baletinin tamaşası keçirilmişdir. Tamaşa bəstəkarın doğum gününə həsr olunmuşdur.

“Kitabi Dədə Qorqud“ eposunun motivləri əsasında yazılan bu tamaşada həyat və ölüm, məhəbbət və sədaqət, dostluq və xəyanət, vətən və doğma insanlar qarşısında borc kimi əzəli mövzular öz əksini tapmışdır. Balet həmçinin ölməz məhəbbət və qəhrəmanların cəsarəti qarşısında ölümün acizliyini tərənnüm edir.

“Eşq və Ölüm“ baleti ilk dəfə Bakıda 2005-ci ildə baletmeyster Vakil Usmanovun quruluşunda səhnəyə qoyulmuş və balet truppamızın ifasında Sankt-Peterburqun Marinski Teatrı və Moskva Böyük Teatrında nümayiş olunmuşdu. 2010-cu ildə “Eşq və Ölüm“ baletini Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina yeni quruluşda səhnələşdirmişdir. Tamaşa bu günə kimi repertuarda möhkəm yer tutur və hər dəfə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

Ötən gün baş tutan tamaşada əsas rolları Əməkdar artistlər Nigar İbrahimova (Ölüm),Samir Səmədov (Məlik xan),truppanın aparıcı solistləri İntiqam Məmmədov (Azər), Dinara Şirinova (Baycan) və b. ifa etmişlər.

Balet tamaşasının dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Anşlaqla baş tutan tamaşada bəstəkar Polad Bülbüloğlu da iştirak etmişdir. Tamaşaçılar balet tamaşasını çox böyük maraqla izləmiş və bəstəkarı gurultulu alqışlarla salamlamışlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media