https://innews.media/uploads/news/2023-01/_innews_ad9e71a5dc3ffb5486cf574c1_o.jpg
Son günlər, müxtəlif sosial şəbəkə platformalarında istifadəçilər arasında “Azpetrol” şirkətinin 26-illiyi münasibəti ilə hədiyyə” adı ilə saxta kampaniyaya start verilib. Kampaniyanin miqyası və şirkətimizə daxil olunan müraciətləri nəzərə alaraq, istifadəçiləri diqqətli olmağa və yalnız rəsmi mənbələrdə yerləşdirilən məlumatlara inanmağa çağırırıq.
Nəzərinizə çatdırmaq istərdik ki, müxtəlif sosial şəbəkə platformaları vasitəsi ilə “Azpetrol”-un rəsmi əmtəə nişanı ilə edilən paylaşımlar, istifadəçilərin şəxsi məlumatlatlarının əldə edilməsi məqsədi daşıyır və şirkətimizə heç bir aidiyyəti yoxdur.
Bir daha qeyd etmək istərdi ki, “Azpetrol”-da baş verən yeniliklər, elanlar və şirkət tərəfindən keçirilən hədiyyəli müsabiqələr haqqında məlumatlar yalniz rəsmi internet saytımızda, eləcə də, Facebook və İnstagram sosial şəbəkə platformalarındakı rəsmi səhifələrimizdə yerləşdirilir.