logo
BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində akademik Həsən Əliyevin 115 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.

Ötən ilin dekabrında elan olunmuş müsabiqənin məqsədi tələbələrin ətraf mühitin mühafizəsi sahəsindəki yaradıcı düşüncələrini inkişaf etdirməkdir. Müsabiqəyə ətraf mühitin mühafizəsi istiqamətində çağırışlara həsr olunmuş maket və rəsmlər təqdim olunub. Münsiflər heyəti təqdim olunan əsərləri ideya məzmununa, tərtibat xüsusiyyətlərinə görə qiymətləndirib. Fakültənin II kurs tələbəsi Məleykə İbrahimli müsabiqədə I yerə, I kurs tələbəsi Ləman Məliqasımlı II yerə, III kurs tələbəsi Oqtay Məmmədov isə III yerə layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media