logo
Aşqarlar Kimyası İnstitutunda "Heydər Əliyev İli"nə həsr olunan müsabiqələr təşkil ediləcək

Aşqarlar Kimyası İnstitutunda "Heydər Əliyev İli"nə həsr olunan müsabiqələr təşkil ediləcək

Aşqarlar Kimyası İnstitutunda "Heydər Əliyev İli"nə həsr olunan müsabiqələr təşkil ediləcək Aşqarlar Kimyası İnstitutunda "Heydər Əliyev İli"nə həsr olunan müsabiqələr təşkil ediləcək

2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu haqda məlumat verən institutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, ilk öncə bu ilin may ayında “Heydər Əliyevin neft emalı və neft sənayesinin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Eyni zamanda, gənc alim və mütəxəssislər arasında təşkil olunan “Ən yaxşı elmi məruzə”, “Ən yaxşı elmi məqalə və adlı mükafat müsabiqələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr ediləcək.

Ə.Sucayev qeyd edib ki, həmçinin “Heydər Əliyev İli” ilə əlaqədar aprel ayında Bakı şəhərinin əməkdaşlıq etdiyimiz məktəblərində şagirdlər üçün “Kimyanı məntiqlə düşün” bilik yarışının təşkili və əyləncəli təcrübələrin nümayişi, bütün ilboyu isə institutda məktəblilər üçün “Açıq qapı” günlərinin keçirilməsi planlaşdırılıb.

İcraçı direktor bildirdib ki, institutun aparıcı alimlərinin mətbuatda “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda müsahibə və müəllif məqalələrinin hazırlanması, çap edilməsi keçiriləcək əsas tədbirlərdən olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media