logo
Mingəçevir 1 saylı Mediasiya Təşkilatı və Goranboy 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başladı

Mingəçevir 1 saylı Mediasiya Təşkilatı və Goranboy 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başladı

Mingəçevir 1 saylı Mediasiya Təşkilatı və Goranboy 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başladı Mingəçevir 1 saylı Mediasiya Təşkilatı və Goranboy 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başladı

Mingəçevir şəhəri və Goranboy rayonu üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

Rəyə İdarə Heyətinin iclasında baxılıb. İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin 6 yanvar 2023-cü il tarixli qərarı ilə Mingəçevir 1 saylı və Goranboy 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.

Beləliklə, Mediasiya Şurası İdarə Heyətinin 6 yanvar 2023-cü tarixli qərarı ilə 7 yanvar 2023-cü il tarixindən etibarən vətəndaşlar Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ağsu və Ucar rayonları üzrə müraciətlərdə Mingəçevir 1 saylı mediasiya təşkilatına, Naftalan şəhəri, Goranboy, Şəmkir, Bərdə və Daşkəsən rayonları üzrə müraciətlərdə isə Goranboy 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

 

Təşkilatların əlaqə vasitələri aşağıda qeyd olunur:

Mingəçevir 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:

Təşkilat rəhbəri – İsmayılov İsmayıl Seyfullah oğlu

Ünvan: Mingəçevir şəhəri, Nigar Rəfibəyli küç-13/1, 1

Email: mingecevir1saylimt@gmail.com

Tel: +994503508980; +994552540310

 

Goranboy 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:

Təşkilat rəhbəri – Tağıyeva Vüsalə Bayram qızı

Ünvan: Goranboy şəhəri V.Bayramov küç 51

Email: goranboy1saylimediasiya@gmail.com

Tel: +994557587070; +994556214422

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media