İsveçin əyalət parlamentinin azərbaycanlı deputatı Aida Kərimli siyasi fəaliyyəti və şəxsi həyatı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə eksklüziv müsahibə verib.
Müsahibə Komitə ilə İctimai TV-nin ortaq istehsalı olan, Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” diaspor proqramında yayımlanıb.
Qeyd edək ki, iki azərbaycanlı bacı - Aylin Fazelian və Aida Kərimli İsveçdə eyni vaxtda deputat seçiliblər.
“Vətən uzaqda deyil” proqramının həmin buraxılışını aşağıdakı linkdə izləmək olar.
Ən son xəbərləri səhifəmizdən də izləyin