logo
Penitensiar müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb Penitensiar müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram  olan qurudulmuş marixuana  aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media